Çin lideri Rusiyaya sanksiyalara qarşı çıxdı

Çin lideri Rusiyaya sanksiyalara qarşı çıxdı
DÜNYA
18:23 21.04.2022
412
Çin hökuməti beynəlxalq münaqişələrin həlli üçün danışıqları dəstəkləyir, ancaq sanskiyalara qarşıdır.
 
AZXEBER.COM Qaynarinfo-ya istinadla xəbər verir ki, bu sözləri Çin prezidenti Si Szinpin deyib.

Pekin konflikti Rusiyanın Ukraynaya təcavüzü adlandırmamaqla və Rusiyanın NATO tərəfindən təhrik edildiyini deməklə Moskvanı dəstəkləyib.

Buna baxmayaraq, Si Szinpinin ölkələrin müstəqilliyi və ərazi bütövlüyü məsələsində mövqeyi birmənalıdır.

"Çin bütün ölkələrin müstəqilliyi və ərazi bütövlüyünə, daxili işlərə qarışmamağa və müxtəlif ölkələrin xalqlarının müstəqil inkişaf yolu və sosial sistem seçimlərinə hörmət göstərilməsinə sadiqdir”, - Szinpin bildirib.

"Biz ölkələr arası fikir ayrılıqları və mübahisələri məsləhətləşmələr və dialoq vasitəsilə sülh yolu ilə həllinə sadiqik, böhranların sülh yolu ilə həllinə yardım edəcək bütün səyləri dəstəkləyirik, ikili standartları rədd edirik və birtərəfli sanksiya və çoxçeşidli mühakimələrə etiraz edirik, - Çin prezidenti deyib.

Qeyd edək ki, Qərb sanskiyalarına baxmayaraq Çin Rusiya ilə normal iqtisadi əlaqələrini davam etdirəcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR