BAKU AZƏRBAYCAN
14°C
euro 1.8595
dollar 1.7000
rubl 0.0229
lirə 0.2543

Çin lideri Si Cinpin İlham Əliyevə minnətdarlıq edib

Çin lideri Si Cinpin İlham Əliyevə minnətdarlıq edib
SİYASƏT
17:50 25.02.2020
3127
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

AZƏRTAC xəbər verir ki, Si Cinpin yeni tip koronavirusun səbəb olduğu epidemiya ilə əlaqədar başsağlığı məktubuna, habelə Çin hökumətinin bu epidemiyaya qarşı mübarizədə gördüyü müxtəlif tədbirlərin yüksək qiymətləndirilməsinə görə Prezident İlham Əliyevə səmimi minnətdarlığını bildirməyi özünə şərəf hesab etdiyini bildirib. O qeyd edib ki, indiki məqamda Çin xalqının epidemiyaya qarşı mübarizəsi davam edir. Çin tərəfi bu xəstəlik üzərində qələbə çalacağına əmindir və buna qadirdir. Biz beynəlxalq birliklə birgə səylər göstərməyə və qlobal ictimai səhiyyə işinə yeni töhfə verməyə hazırıq.

"Sizinlə ötən ilin aprelində baş tutan görüşümüzün təəssüratları hələ də xatirimdədir. İkitərəfli münasibətlərimizin inkişafına dair tərtib etdiyimiz planlar reallaşdırılır və onların dinamik inkişafının müsbət meyli müşahidə olunur. Mən cari ildə də Çin-Azərbaycan münasibətlərinin yeni pilləyə yüksəlməsi üçün Sizinlə sıx əlaqə saxlayacağam”, - deyə Çin Xalq Respublikasının Sədri qeyd edib.

Si Cinpin dövlətimizin başçısına möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına sülh və tərəqqi arzulayıb.

OXŞAR XƏBƏRLƏR