Çin ordusu Yaponiya hava məkanını pozdu - Döyüş təyyarələri cavab hazırladı

DÜNYA
15:55 26.08.2024
138
Çin hərbi təyyarəsi Yaponiya hava məkanını pozub.

AZXEBER.COM Yaponiyanın NHK dövlət televiziyasına istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
 
Belə ki, Çin ordusuna aid Y-9 tipli hərbi təyyarənin yerli vaxtla saat 11:29-da Şərqi Çin dənizindəki Danco adaları yaxınlığında Yaponiyanın hava məkanına daxil olub.

Nazirliyin açıqlamasında təyyarənin təxminən 2 dəqiqə ərzində Yaponiya hava məkanını pozduğu, döyüş təyyarələrinin cavab vermək üçün hərəkətə keçdiyi, lakin Çin təyyarəsinin həmin vaxt Yaponiya hava məkanını tərk etdiyi bildirilib.

O da qeyd edilib ki, hava məkanının pozulmasından sonra həyəcan təbili çalan Yaponiya Müdafiə Nazirliyi Yaponiya hava məkanını ilk dəfə pozan Çinin məqsədini anlamağa çalışır.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR