Çin ordusunda yüzlərlə general işdən çıxarıldı

Çin ordusunda yüzlərlə general işdən çıxarıldı
DÜNYA
10:49 23.11.2025
101
Pekində başlayan təmizləmə dalğası Çin siyasətinin son illərdəki ən böyük böhranına çevrilib.

AZXEBER.COM xəbər verir ki, Prezident Şi Cinpin orduda və partiya daxilində korrupsiya, casusluq və qruplaşma ittihamlarına qarşı sərt addımlar atır. Bir çox general və yüksək rütbəli zabit vəzifədən çıxarılıb, bəzilərindən isə aylardır xəbər yoxdur.

Kəşfiyyat mənbələrinin məlumatına görə, orduda aylardır böyük təmizləmə gedir, Mərkəzi Hərbi Komissiyada təyinatlar dondurulub. 2023-cü ildə vəzifədən kənarlaşdırılan keçmiş Xarici İşlər naziri Qin Qanqın da taleyi naməlum olaraq qalır.

Təmizləmələrin başlanmasına səbəb 2023-cü ildə Çin Raket Qüvvələrindən ABŞ kəşfiyyatına sızan məlumatlar olub. 

Rəsmi mənbələrə görə, Şi Cinpin orduda "tam yenidənqurma” aparmağı planlaşdırır. Pekinə yaxın media isə gedən prosesi "müasir Çin tarixinin ən böyük hərbi təmizləməsi” adlandırır.
OXŞAR XƏBƏRLƏR