Çin səddində silah anbarı aşkarlandı

Çin səddində silah anbarı aşkarlandı
DÜNYA
16:13 19.10.2023
173
Çin arxeoloqları YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan Böyük Çin Səddi ərazisində daşdan hazırlanmış 59 ədəd qədim əl qumbarası tapıblar. 

AZXEBER.COM xarici mətbuata istinadən bildirir ki, Çinli arxeoloqlar YUNESKO-nun Ümumdünya İrs siyahısında olan Böyük Çin Səddinin silah anbarı kimi istifadə edildiyi qənaətinə gəliblər. Tədqiqatçılar turistlərin ən çox ziyarət etdiyi Böyük Divarın "Badaling” hissəsində aşkarladıqları ambara bu günə qədər rast gəlmədiklərini deyiblər. 

Tapılan bombaların böyük dağıdıcı gücə malik olduğunu ifadə edən mütəxəssis Şanq, "Daşların ortasında barıt doldurmaq üçün yuvarlaq bir deşik var. Bu deşiklər doldurulduqdan sonra onları bağlamaq və atmaq olar. Bu, təkcə düşməni vurmaq üçün yox, həm də partlayış məqsədilə istifadə olunub” deyə bildirib.

Aparılan son qazıntılar zamanı daş qalalar kimi müdafiə tikililəri, həmçinin müdafiə qüllələrində yanğın ocaqları və mətbəx ləvazımatları kimi əşyalar aşkar edilib ki, bunların da mühafizəçilərin gündəlik həyatında istifadə etdiyi əşyalar olduğu düşünülür.

Qeyd edək ki, ölkənin milli simvollarından biri olan Böyük Çin səddinin tikintisi eramızdan əvvəl 200-cü illərə təsadüf edir.


Aysel
OXŞAR XƏBƏRLƏR