Hindistanda Çin sərhədi yaxınlığında bir hava bazası fəaliyyətə başlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Çin sərhədi yaxınlığında mübahisəli Hindistan tərəfindən idarə olunan Ladakh bölgəsində yerləşən Mudh-Nyoma Hava Bazası fəaliyyətə başlayıb.
Rəsmilər mübahisəli Hindistan tərəfindən idarə olunan Ladakh bölgəsindəki Mudh-Nyoma Hava Bazası ilə bağlı açıqlama yayıblar.
Rəsmilər Çinlə müvəqqəti sərhədi təşkil edən Faktiki Nəzarət Xəttindən (FNX) təxminən 25 kilometr məsafədə yerləşən hava bazasının fəaliyyətə başladığını açıqlayıblar və əlavə ediblər ki, bu, "Hindistan ordusunun döyüş hazırlığı qabiliyyətini artıracaq".
Rəsmilər həmçinin hava bazasının fəaliyyətə başladıqdan sonra qırıcı təyyarələr, helikopterlər və nəqliyyat təyyarələri üçün istifadəyə yararlı olacağını açıqlayıblar.
Gülay










































