Çin Suaresdən iddia: "Vanda Nara tərəfindən ölüm təhdidi alıram"

Çin Suaresdən iddia: "Vanda Nara tərəfindən ölüm təhdidi alıram"
MAQAZİN
12:07 10.06.2025
274
Mauro İkardinin sevgilisi Çin Suares, futbolçunun keçmiş həyat yoldaşı Vanda Nara tərəfindən ölüm təhdidləri aldığını açıqlayıb.
 
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Suaresin şəxsi "Instagram" hesabında paylaşdığı mesajda "Mənə bir şey olarsa, bunun arxasında kimin dayandığını bilirsiniz” sözləri ictimaiyyətdə geniş marağa səbəb olub.

İddialara görə, Vanda Nara Çin Suaresə "Qızlarımın göz yaşlarının əvəzini sən ödəyəcəksən” deyə hədə-qorxu dolu mesaj göndərib.

Məsələyə münasibət bildirən Mauro İkardi isə "Vanda eqosunun, mən isə qızlarımın qəyyumluğunun dərdindəyəm” sözləri ilə tərəfini açıq şəkildə ortaya qoyub.
 
Çin Suares ölüm təhdidi aldığını sübut etmək üçün bəzi mesajları sosial şəbəkədə yayımlayıb.
 
 
Aysel


OXŞAR XƏBƏRLƏR