Çin tarixinin ən isti payızını yaşadı

DÜNYA
16:21 04.12.2024
149
Çin 1961-ci ildən bəri ən isti payız fəslini keçirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Milli İqlim Mərkəzinin verdiyi açıqlamaya görə, 2024-cü ilin 1 sentyabr-30 noyabr tarixləri arasında ölkə üzrə orta temperatur 11,8 dərəcə olaraq ölçülən halda, bu rəqəm əvvəlki illərin orta göstəricisini 1,5 dərəcə üstələyib.

Xüsusilə ölkənin mərkəzi, şərq, cənub-qərb və şimal-qərb rayonlarında havanın orta temperaturu əvvəlki illərlə müqayisədə 2-4 dərəcə artıb.

Bu dövrdə rütubət artıb, 9 qaşırğa baş verib, onlardan 5-i tayfunlar nəticəsində olub.

Meteoroloqlar yaxın qarşıdan gələn qış dövründə ölkənin əksər hissəsində orta temperaturun əvvəlki illərə yaxın və ya ondan yüksək olacağını proqnozlaşdırırlar.
 
Cəmalə

OXŞAR XƏBƏRLƏR