Çin Tayvanı hər tərəfdən blokadaya aldı: Müharibə qaçılmazdır

Çin Tayvanı hər tərəfdən blokadaya aldı: Müharibə qaçılmazdır
DÜNYA
12:12 03.08.2022
615
Çinin Tayvanı hər tərəfdən blokadaya aldığı xəritə mətbuata sızıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Çinin təhdidlərinə məhəl qoymadan Tayvana səfərindən sonra gərginlik artıb. Pelosinin təyyarəsi Taypeyə doğru uçarkən Tayvan ordusu həyəcan siqnalı verib. 

Digər tərəfdən Çin ordusu bu gün Tayvan ətrafında üç günlük təlimlərə başlayıb. Çin və Tayvan arasındakı Tayvan boğazı beynəlxalq media tərəfindən dünyanın ən təhlükəli nöqtəsi kimi təsvir edilir. Çinin adanın ətrafındakı təlimləri Tayvanın tam blokadası deməkdir.

BBC-nin Çin müxbiri Stephen McDonell sosial media hesabından rəsmi medianın dərc etdiyi məşq xəritəsini "retweet” edib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR