Çin Tibetdə dünyanın ən böyük bəndini tikəcək

DÜNYA
14:43 26.12.2024
122
Çin Tibetdə dünyanın ən böyük hidroelektrik layihəsini inşa etməyə hazırlaşır.

AZXEBER.COM Çinin Sinxua agentliyinə istinadən xəbər verir ki, Çindən Hindistana axan çayın üzərində yerləşəcək bəndin 50 kilomet ərazidə tikilməsi planlanıb. 

İldə təqribən 300 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilən bənd, hazırda Çində və dünyada ən böyük su elektrik stansiyası olan Üç Vadi bəndindən üç dəfə çox gücə sahib olacaq. 

Tikintisinin 1 trilyon yuana (təxminən 137 milyard dollar) başa gəldiyi təxmin edilən bəndin bu günə qədər dünyanın ən bahalı infrastruktur layihəsi olacağı gözlənilir.
 
Cəmalə

OXŞAR XƏBƏRLƏR