Çin Ukraynada yaşanan böhranlı vəziyyətlə bağlı mövqeyini açıqlayıb.AZXEBER.COM-un məlumatına görə, Çinin xarici işlər naziri Vanq Yi rus həmkarı Sergey Lavrovla Pekində keçirdiyi mətbuat konfransında Ukraynada böhranın dialoq yolu ilə həll olunmasında konstruktiv rol oynamağa hazır olduğunu bildirib.Çinli nazir Ukraynada davamlı sulhun və sabitliyin təmin olunması üçün Rusiya, ABŞ, Avropa Birliyi və Ukraynanın bir araya gəlməsini təkif edib. Onun sözlərinə görə, bütün tərəflərin istəklərinə həssaslıqla yanaşılmalıdır.