Çin Ukraynadakı sülhməramlı missiyaya qoşula bilər

Çin Ukraynadakı sülhməramlı missiyaya qoşula bilər
DÜNYA
16:11 22.03.2025
295
Çin diplomatları Avropa İttifaqının (Aİ) Ukraynaya göndərilməsi planlaşdırılan sülhməramlı qüvvələrə qoşulmaq imkanını nəzərdən keçirir.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə "WELT" məsələ ilə tanış olan Aİ diplomatik dairələrinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Çin tərəfinin bu təşəbbüsü Rusiyanın sülh prosesinə yaxınlaşmasını hədəfləyir. Aİ diplomatları da eyni məqama diqqət yetirirlər.

Çinli diplomatlar Aİ-nin bu məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışır və ittifaqın belə bir təşəbbüsü qəbul edib-etməyəcəyini, yaxud bunun xüsusi olaraq arzuolunan olub-olmadığını nəzərdən keçirir.

"Çinin sülhməramlı qüvvələrə daxil olması Rusiyanın Ukraynada sülhməramlı qoşunları qəbul etməsini potensial olaraq artıra bilər. Hər halda məsələ "incədir” – çünki Çin Rusiyanın yaxın müttəfiqidir”, - Brüsseldəki diplomatik dairələr bildiriblər.
OXŞAR XƏBƏRLƏR