Çin və ABŞ arasında gərginlik: Üçüncü Dünya Müharibəsinin anonsu ola bilərmi?

Çin və ABŞ arasında gərginlik: Üçüncü Dünya Müharibəsinin anonsu ola bilərmi?
DÜNYA
11:13 27.10.2023
193
Beynəlxalq ictimaiyyət İsrail-Həmas müharibəsini seyr edərkən, Cənubi Çin dənizində Üçüncü Dünya Müharibəsini alovlandıracaq bir hadisə baş verib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çin qırıcı təyyarəsi Cənubi Çin dənizi üzərində uçan ABŞ-ın B-52 bombardmançı təyyarəsinin 10 fut (təxminən 3 metr) içərisinə girib və qəza şəraiti yaradıb.
 
ABŞ Hind-Sakit Okean Komandanlığı bildirib ki, Shenyang J-11 ikimühərrikli qırıcı nəzarətsiz, həddindən artıq sürətlə, B-52-nin altında, qarşısında və 10 fut məsafədə uçaraq, hər iki təyyarəni məhv edərək ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarəyə yaxınlaşıb.
 
"Biz narahatıq ki, pilot qəzaya səbəb olmağa nə qədər yaxınlaşdığından xəbərsiz olub", - deyə komandanlıqdan məlumat verilib.

Çin Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verməyib.
 
Xatırladaq ki, may ayında da bu cür analoji hadisə baş verib və Çin hökuməti ABŞ-ın iddialarını rədd edib.
 
Çin rəsmi Vaşinqtondan Cənubi Çin dənizi üzərində bu cür uçuşları dayandırmağı tələb edib.
 
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning mətbuat konfransında "Birləşmiş Ştatların Filippinə qarşı müdafiə öhdəliyi Çinin Cənubi Çin dənizindəki suverenliyinə, dəniz hüquqlarına və maraqlarına zərər verməməli həmçini Filippinin qanunsuz iddialarını dəstəkləməməlidir", - deyib.
  
Qeyd edək ki, ABŞ 2021-ci ilin payızından bəri 180-dən çox belə hadisənin baş verdiyini açıqlayıb.
 
Pekin və Vaşinqton arasında gərginliyin yüksək olduğunu bildirən ekspertlər belə bir təhrifin gərginliyi artıra biləcəyini açıqlayıblar.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR