Çin və Almaniya gərginliyin aradan qaldırılmasını istəyir

Çin və Almaniya gərginliyin aradan qaldırılmasını istəyir
DÜNYA
18:28 17.11.2025
78
Çinlə Almaniya ticarət əlaqələrinin gücləndirilməsini və gərginliyin aradan qaldırılmasını istəyir.

Bu barədə məlumatı "Reuters" Pekində Çinin Baş nazirinin müavini He Lifenq və Almaniyanın maliyyə naziri Lars Klinqbeil arasında baş tutan görüşün yekunlarına istinadən yayıb.

Xəbərdə deyilir ki, görüş zamanı iki ölkənin ticarət əlaqələrini gücləndirməli və dünyanın ikinci və üçüncü ən böyük iqtisadiyyatları arasında aylarla davam edən ticarət gərginliyini aradan qaldırmalı olduğu vurğulanıb.

Bildirilir ki, bu gün Lars Klinqbeil Almaniya Kansleri Fridrix Merz rəhbərliyindəki hökumətin nazir səviyyəsində Çinə ilk rəsmi səfərini həyata keçirir. Bu, ötən ay Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Çinə səfərinin ləğv olunmasından sonra baş tutub.
 
///apa
OXŞAR XƏBƏRLƏR