Çin və İndoneziya birgə hərbi təlimlər keçirəcək

Çin və İndoneziya birgə hərbi təlimlər keçirəcək
DÜNYA
18:19 12.08.2026
146
Çin və İndoneziyanın Hərbi Dəniz Qüvvələri (HDQ) avqustun ortalarında Tayvan adası yaxınlığında dənizdə təlimlər keçirəcək.

Bu barədə CCTV telekanalı Çinin Milli Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir.

Təlimlər zamanı iki donanmanın freqatları rabitə vasitələrinin işlənməsi və dənizdə ehtiyatların doldurulması əməliyyatları da daxil olmaqla bir sıra manevrlər həyata keçirəcək.

"Təlimlərin məqsədi iki ölkənin donanmalarının birgə əməliyyat imkanlarının artırılması, praktiki əməkdaşlığın dərinləşdirilməsi və regionda sülh və sabitliyin qorunmasıdır", – Çinin Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
 
///report
OXŞAR XƏBƏRLƏR