Çin və Pakistan Yaxın Şərqdəki vəziyyətin həlli üzrə təşəbbüs irəli sürüblər

Çin və Pakistan Yaxın Şərqdəki vəziyyətin həlli üzrə təşəbbüs irəli sürüblər
DÜNYA
02:27 01.04.2026
72
Çin və Pakistan Yaxın Şərqdə vəziyyətin tənzimlənməsi ilə bağlı beş bənddən ibarət təşəbbüs irəli sürüblər.

Bu barədə "Sinhua" agentliyi məlumat yayıb.

Təşəbbüsün mətnində qeyd olunur ki, İranın və Fars körfəzi ölkələrinin suverenliyi, ərazi bütövlüyü, milli müstəqilliyi və təhlükəsizliyi təmin edilməlidir. Münaqişənin həlli üçün yeganə effektiv vasitə isə dialoq və diplomatiyadır.

Birinci bənddə tərəflər dərhal hərbi əməliyyatların dayandırılmasına çağırılır. İkinci bənddə mümkün qədər tez sülh danışıqlarına başlanmasının vacibliyi vurğulanır. Üçüncü və dördüncü bəndlərdə mülki obyektlərin, eləcə də gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasının zəruriliyi qeyd edilir. Sonuncu bənddə isə BMT Nizamnaməsinin üstünlüyünün təmin edilməsinə çağırış olunur.
OXŞAR XƏBƏRLƏR