Çin hakimiyyəti vizasız rejimi əhatə edən ölkələrin sayını 47-yə çatdırıb.
AZXEBER.COM Unikal-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru məlumat verib.
Yeni siyahıya Fransa, Almaniya, İtaliya, İspaniya, Yeni Zelandiya kimi Qərb ölkələri ilə yanaşı, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn və Oman da daxil edilib.
Çinin bu təşəbbüsünün 2025-ci ilin iyun ayında qüvvəyə minməsi planlaşdırılır. Vizasız rejimin tətbiqi iqtisadi, turizm və mədəni əlaqələrin genişləndirilməsinə xidmət edir.