Çin Yaponiyanın 2011-ci ildə baş verən zəlzələdən sonra sunami nəticəsində zədələnmiş Fukusima Atom Elektrik Stansiyasından radioaktiv tullantı sularını okeana atmasını pisləyib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Çin Yaponiya hökumətinin davranışını tənqidlərə baxmayaraq, qlobal ictimai maraqlara məhəl qoymayan son dərəcə eqoist və məsuliyyətsiz bir hərəkət adlandırıb.
Açıqlamaya görə, Çin bu hərəkəti pisləyərək Yaponiyaya etiraz edib və bu yanlışlığa son qoymasını tələb edib.
Bəyanatda Fukuşimadakı radioaktiv tullantı suyunun nüvə təhlükəsizliyi baxımından böyük bir problem olduğu vurğulanıb:
"Yaponiya eqoist maraqlar naminə tullantı sularını okeana axıtmaqda israr edərsə, bu, region xalqlarına və bütün dünyaya təsir edəcək, ikinci dərəcəli texnogen fəlakət olacaq”.
Şəbnəm