İnanılmaz delfin intiharı

DÜNYA
08:26 06.11.2012
2377
Tasmaniya sahillərində yüzə yaxın qara delfin özünü quruya atıb ki, bu, ekoloqları və könüllülərin onların xilasına can atmasına səbəb olub.
AZXEBER.COM-un Avstraliyanın “ABC” telekanalına istinadən bildirir ki, dünən Tasmaniyanın Nyu-Years adalarının sahilinə 60 qara delfin və 20 Avstraliya afalini çıxıb. Bu gün isə adaya ondan çox delfin atılıb.Ekoloqlar delfinlərin açıq okeana çıxarılması üzərində iş aparırlar. Onların sözlərinə görə, bunu etmək çox çətindir, çünki dayazda çırpınan delfinlər çox çabaladıqlarından yorulublar, istiqaməti itiriblər, bəzilərinin dərisində günəş yanıqları yaranıb. Həm də bu dəniz məməliləri güclü stressə düşüblər ki, bəziləri hətta okeana çıxarıldıqdan sonra özlərini yenidən sahilə çırpırlar.Ekoloqlar bu gecə yalnız 23 delfini dərin sulara çıxara biliblər. Telekanalın məlumatına görə, artıq onlarla delfin həlak olub və sahil qumlarında can verib.Qara delfinlər uzunluğu 8,5 metrə qədər çatan dəniz məməliləridir. Onların çəkisi 800 kiloqram ətrafında olur, amma 2 tona qədər olanları da var.Bu delfinlər bəzən yay vaxtlarında soyuq sulara köç edəndə və ya köçdən dönəndə, özlərini quruya atırlar. Bir qayda olaraq delfinlərdən biri sahilə çırpılır və daha şüurlu heyvan sayılan bu heyvanların qalanları onu xilas etməyə tələsirlər, nəticədə onun taleyini yaşayırlar.

OXŞAR XƏBƏRLƏR