İnanılmaz fürsət! 1 günə rayonlara çatdırılma - VİDEO

İnanılmaz fürsət! 1 günə rayonlara çatdırılma - VİDEO
İQTİSADİYYAT
13:50 09.06.2022
270
Artıq bir müddətdir ki, sosial şəbəkələrdə qarşımıza poçt layihəsi ilə bağlı xəbərlərlə qarşılaşırdıq.

Bizim də marağımızı doğuran mövzu haqqında məlumat topladığımız zaman məlum oldu ki, həmin layihə "FedEx”in Azərbaycandakı rəsmi nümayəndəsi olan "Azeri Express” şirkətinə məxsusdur. Biz də qərara aldıq ki, şirkətin rəhbəri Şaiq Qəribzadə ilə bu barədə ətraflı danışaq.

- Hər vaxtınız xeyir! Son günlər poçt layihəsi ilə bağlı sosial şəbəkələrdə xəbərlər dolaşır. Ümumiyyətlə, bu mövzuda nə deyə bilərsiniz?

Bildiyiniz kimi, "Azeri Express” şirkəti 1995-ci ildən Azərbaycanda poçt sahəsi üzrə xidmət göstərir. 1997-ci ildən bu yana TNT şirkətinin, 2018-ci ildən isə "FedEx”in Azərbaycanda rəsmi nümayəndəsidir. 2015-ci ildən şirkət həm Bakı, həm də ölkədaxili çatdırılmanı təşkil etməyi qərara aldı. Bu ilin əvvəlində biz bazarda tələbatın yarandığını hiss edərək "Poçt” layihəsinə start verdik. Bu layihədə məqsədlərdən biri Bakıda və ölkənin digər bölgələrində təslim məntəqələrinin yaradılmasıdır.

Həmin "Poçt” məntəqələrinin xidmət növləri nələrdir və sizə görə kimlərə maraqlı ola bilər?

Bizim məqsədimiz odur ki, layihə çərçivəsində vətəndaşlar ümumi poçt xidmətlərindən yararlansınlar. Məntəqələrə daxil olub, Azərbaycanın istənilən bölgəsinə bağlama və ya məktub göndərə bilərlər. Və yaxud hansısa satışla məşğul olan biznez sahibləri və karqo şirkətləri bağlamalarını bizə təqdim edə, müştərilər isə bizim məntəqələrimizdən gəlib götürə bilərlər. Bu, bayaq sadaladığım şirkət və biznes sahiblərinin rayonlara çatdırma problemini həll edəcək, üstəlik onlar bölgələrdə filial açmağa məcbur olmayacaqlar. Onu da qeyd edim ki, biz ölkənin hər bir bölgəsinə 1 günə çatdırma edirik.
 

 

Şaiq bəy, gələcək planlarınız nədən ibarətdir?

Planlarımız ondan ibarətdir ki, bu ilin sonuna qədər Azərbaycanda 10 "Poçt” məntəqəsi açılsın. Hazırda bankların biri ilə danışıqlarımız gedir. Bu ona görədir ki, məntəqələrimizdə vətəndaşlara bank xidmətləri də göstərilsin. Müştərilər pul köçürmələrini, kredit ödənişlərini, ümumiyyətlə bankla bağlı işlərini bizim məntəqələrimizdə rahat görə bilsin. Artıq "MilliÖn” və digər onlayn ödəmə platformaları ilə ilkin anlaşmamız var. Bu o deməkdir ki, həm də ödənişlərin yığımı problemini həll edəcəyik. Ümumi layihənin məqsədir odur ki, Azərbaycanın hər bir bölgəsində məntəqə sahibi olmaq və Azərbaycanda E-commerce -in (Onlayn satış və ticarət) inkişafına töhfə verməkdir. Onu da qeyd edim ki, qısa zamanda müştərilər mobil tətbiqimizi yükləyərək onun vasitəsilə "Poçt” ilə bağlı işlərini həyata keçirə biləcəklər. Həm də bağlamalarının harada olduğunu mobil tətbiq vasitəsi ilə izləmə imkanına malik olacaqlar. Bir də müştərilər bizim şirkətə aylıq ödəniş etməklə məntəqələrimizdən birini öz ünvanı kimi istifadə edə biləcək. Bu da vətəndaşlara, şirkətlərə çatdırılmada işlərini daha asan edəcək.

  

Hələ ki, e-ticarət sahəsi ölkədə geniş miqyas almayıb. Qeyd etdiyim məqam sizin layihənin gələcəyini risk altına salmır?
Bizim indiki vəziyyətdə əsas müştərilərimiz xarici ölkədən e-ticarətlə məşğul olan karqo şirkətlər və fərdi şəxslərdir. Ölkədaxili e-ticarətdən danışırıqsa, razıyam ki, hazırda böyük bazar yoxdur. Amma biz inanırıq ki, bu sahə inkişaf edəcək və biz lazım olan səviyyəyə gələrək bazarın daha da geniş vüsət almasına öz töhfəmizi verəcəyik.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
19:37 24.05.2025
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
İranda ilk hava taksisi istifadəyə verildi
19:14 24.05.2025
İranda ilk hava taksisi istifadəyə verildi
"Qarabağ" Premyer Liqanın sonuncu turunda "Şamaxı"ya qalib gəlib
18:57 24.05.2025
"Qarabağ" Premyer Liqanın sonuncu turunda "Şamaxı"ya qalib gəlib
Britaniya XİN başçısı: Rusiyanın Kiyevə hücumu sülh axtaran ölkənin hərəkətləri deyil
18:42 24.05.2025
Britaniya XİN başçısı: Rusiyanın Kiyevə hücumu sülh axtaran ölkənin hərəkətləri deyil