İranın Təbriz, Senendac, Urmiya və Kərəc şəhərlərində bəzi məktəblərdə şagirdlərin kimyəvi qazdan zəhərləndiyi iddia edilib.
AZXEBER.COM xəbər verir ki, sosial mediada paylaşılan və bu gün çəkildiyi deyilən görüntülərdə Təbrizin Zəfəraniye rayonundakı Aseman İbtidai məktəbində şagirdlərinin kimyəvi qazdan zəhərləndiyi iddia edilib.
Görüntülərdə zəhərlənmə hadisəsindən xəbər tutan valideynlərin məktəbin qarşısına toplaşdığı və burada təcili yardımın gözlədiyi görülüb.
Zəhərlənmə hadisəsindən sonra məktəb direktorunun şagirdlərə küçəyə çıxmasına icazə vermədiyi iddia edilib, valideynlər övladlarının vəziyyəti ilə bağlı məlumat ala bilmədiklərini bildirərək reaksiya veriblər.
Qeyd edək ki, İranda 2022-ci il noyabrın 30-dan etibarən əsasən qadın şagirdlərin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib. İndiyədək 250-yə yaxın məktəbdə 5 mindən çox şagird zəhərlənib.
Ayşən