"İnanırıq ki, qatil Avaqyana ucaldılmış abidə götürüləcək" - Əflatun Amaşov

"İnanırıq ki, qatil Avaqyana ucaldılmış abidə götürüləcək" - Əflatun Amaşov
Siyasət
13:57 25.01.2019
4417
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Əflatun Amaşov qrupun üzvləri adından Gürcüstan parlamentinin Azərbaycan Milli Məclisi ilə Dostluq qrupunun rəhbəri Zviad Dzidziquriyə müraciət edib.

AZXEBER.COM-un məlumatına görə, müraciətdə qeyd olunur ki, Gürcüstan və Azərbaycan xalqları arasındakı tarixi dostluq və mehriban qonşuluq münasibətləri hər zaman özünün nümunəviliyi ilə diqqət çəkib: "Sevindirici haldır ki, müasir dövrdə bu münasibətlər strateji tərəfdaşlığa əsaslanaraq yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu baxımdan Azərbaycan və Gürcüstan parlamentlərinin üzərinə də böyük məsuliyyət düşür və hər iki ölkənin ali qanunverici orqanlarının tarixi dostluğumuzun dərinləşməsi istiqamətdəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Parlamentlərimiz səviyyəsindəki qarşılıqlı işbirliyi hər iki xalqın ortaq maraq və mənafelərinin qorunmasına yönələn müstəsna təminatdır. Bu təminat zaman-zaman yaşanmış anlaşılmazlıqların və incikliklərin tez bir zamanda aradan qaldırılmasında da mühüm mənəvi dividentdir.

Məlum olduğu kimi, 2019-cu il yanvarın 20-də Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf ərazilərinin işğalında, bu ərazilərdə azərbaycanlılara qarşı qətllərin törədilməsində birbaşa iştirak etmiş Mixail Avaqyanın büstü qoyulub. Bu hadisə ölkəmizin ictimai rəyində kifayət qədər mənfi rezonans doğurub. Biz istəməzdik ki, əli Azərbaycan xalqının qanına batmış bir cani qəhrəmanlıq simvolu kimi əbədiləşsin. Nəzərə alınmalıdır ki, Gürcüstan Azərbaycan kimi, etnik separatizmdən əziyyət çəkir. Onun da torpaqlarının 20 faizə qədəri zəbt olunub. M.Avaqyan isə həm də Gürcüstan torpaqlarının işğalında yaxından iştirakı ilə seçilib. O, faktiki olaraq hər iki xalqın düşmənidir".

Bildirilir ki, müasir dövrdə xalqlarımızı birləşdirən ağrı və acılar eynidir. Buna görə Azərbaycan dövləti hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstəyi özünün regional xarici siyasətinin başlıca prioriteti hesab etməkdədir. Azərbaycan üçün Gürcüstan həm də soydaşlarımızın kompakt məskunlaşdıqları, dost gürcü xalqı ilə mədəniyyət və məişəti, dövlətçilik ənənələrini birgə bölüşdükləri və yaşatdıqları vətəndir:

"Biz, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvləri bu müraciətimizlə Gürcüstan-Azərbaycan Dostluq qrupunun üzvlərini xalqlarımızı birləşdirən dəyərləri bölməyə, iki xalq arasında nifaq toxumu səpməyə çalışan qüvvələrə qarşı prinsipial mövqe nümayişinə çağırırıq. Sizlərin diqqətini yaranmış problemə ciddi şəkildə çəkməyi düşünür, məlum hadisədən narahatlığımızı bildiririk.

İnanırıq ki, prinsipial mövqeyiniz sayəsində Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində qatil Mixail Avaqyana ucaldılmış abidə götürüləcək. Məsələyə həssas yanaşacağınıza əminliyimizi ifadə edir, hər birinizə uğurlar arzulayırıq".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır