“İnanmırdım ki, kimsə məni alacaq” - Röya

MAQAZİN
13:02 27.03.2014
3165
Müğənni Röya həyat yoldaşı Anar Cəlilovla olan münasibətindən danışıb.
AZXEBER.COM-un məlumatına görə, “APA TV”də yayımlanan “Üç valet” verilişinə qonaq olan müğənni həyat yoldaşının onun həyatını dəyişdiyindən söz açıb:
“Kişilərə qarşı çılğın olmuşam. Mənim üçün kişinin gözəlliyi vacib deyil, təmizkar kişi görsəm, ona vurula bilərəm. Mən azad qadınam, bir kişinin həyatımda uzun müddət olacağına inanmırdım. Həyat yoldaşım Anar bütün həyatımı dəyişdi. O, yeganə kişidir ki, səhər onu görəndə əsəbləşmirəm. İnanmırdım ki, ərə gedəcəm, kimsə gəlib məni alacaq. Eybəcər, qara qız olmuşam, lakin həmişə hamıya maraqlı olmuşam. Mən rahat həyat yaşayıram, ərim mənə inandığı üçün aramızda çox problem olmur. Biz evlənməmişdən qabaq dost idik, daha çox söhbət edirdik. İndi isə hər şeyi bir-birimizə keçirik”.
OXŞAR XƏBƏRLƏR