Çinarə ilk konsertini verdi - FOTOLAR

Çinarə ilk konsertini verdi - FOTOLAR
MAQAZİN
12:59 16.11.2025
117
Müğənni Çinarə Məlikzadə ilk solo konsertini verib.

AZXEBER.COM xəbər verir ki, Heydər Əliyev Sarayında baş tutan gecə Çinarənin ilk məşhurlaşdığı mahnı "Gedək üzü küləyə”nin adı ilə bağlı olub.

Canlı orkestrlə ifalarını səsləndirən sənətçi tədbirdə iki libas dəyişib.

Konserti izləməyə gələnlər sırasında Xalq artisti Mənsum İbrahimov, Əməkdar artist Elza Seyidcahan, bəstəkar Xanım İsmayılqızı və başqa incəsənət nümayəndələri olub.

Hitlərini səsləndirən Çinarəyə reper Orxan Zeynallı, qiraətçi Xəzər Süleymanlı da səhnəyə yoldaşlıq edib. O, gecədə İlhamə Quliyevanın repertuarından "Unut məni”, Elza Seyidcahanının məşhur bəstəsi "Son vida”nı da səsləndirib.

Müğənni tədbirdə uşaqlıq görüntülərini də tamaşaçılara təqdim edib.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR