Çinin qərbindəki Quliya buzlağında aparılan araşdırmalar nəticəsində alimlər təxminən 40 min il əvvələ aid 1700 qədim virus aşkar ediblər.
AZXEER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu virusların 75%-nin əvvəllər müasir insanlar üçün naməlum olduğu məlum olub.
Aşkar edilmiş viruslardan biri təxminən 11.500 il əvvələ, yəni sonuncu böyük iqlim keçidinin baş verdiyi vaxta aiddir.
Tədqiqatçılar bu virusların böyük coğrafi ərazilərdə necə yayıla biləcəyini və iqlim dəyişikliklərinə necə reaksiya verə biləcəyini araşdırır.
Aysel