Çində ard-arda 3 güclü zəlzələ olub, ölənlər var

Çində ard-arda 3 güclü zəlzələ olub, ölənlər var
DÜNYA
21:06 21.05.2021
715
Çinin cənub-qərbindəki Yünnan vilayətində bir neçə güclü zəlzələ qeydə alınıb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, Yanbi muxtar rayonunda 5,6 bal gücündə ilk zəlzələdən sonra 6,4 bal və 5 bal gücündə növbəti təkanlar olub.

Təbii fəlakət nəticəsində ilkin məlumata görə, azı 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hazırda zəlzələlərin fəsadlarının dəqiq miqyası araşdırılır.
OXŞAR XƏBƏRLƏR