Çinin cənubundakı Quyçjou əyalətində sərnişin avtobusunun aşması nəticəsində azı 27 nəfər ölüb, 20 nəfər yaralanıb.
Bu barədə bazar günü əyalətin Sandu Şuy muxtar dairəsinin polis idarəsi məlumat verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, qəza səhər tezdən Quiyanq şəhərindən Libo vilayətinə gedən ekspress yolunda baş verib.
Hadisə yerinə təcili tibbi yardım maşınlarıı gəlib və yaralılar xəstəxanaya aparılıb.
Qəzanın səbəbləri araşdırılır.