Çində bloqerlər və onlayn platformalar üzərində nəzarət gücləndirilir

Çində bloqerlər və onlayn platformalar üzərində nəzarət gücləndirilir
DÜNYA
12:13 29.11.2025
61
Çin Xalq Respublikasının Sədri Si Cinpin internetin idarə edilməsi üzrə uzunmüddətli mexanizmin qurulmasını, bloqerlər və onlayn platformaların fəaliyyətinə nəzarətin gücləndirilməsini tapşırıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı Çin Mərkəzi Televiziyası verib.

Onun sözlərinə görə, şəbəkə xaosuna qarşı "qılınc çəkmək" cəsarəti göstərmək, qəti zərbələr endirmək, maraqlar zəncirini qırmaq və onları yaradan zəmini aradan qaldırmaq lazımdır.

Dövlət başçısı internet platformaları, şəxsi bloqlar və MCN agentlikləri (inflüenserlərin hesablarını idarə edən şirkətlər) üzərində nəzarətin gücləndirilməsini tələb edib.

Si Cinpin hesab edir ki, onlar sosial məsuliyyət daşımalı və müsbət məzmun yaymalıdırlar.
 
Oxu.Az
OXŞAR XƏBƏRLƏR