Çin dünyanın ən hündür körpüsünün əsas strukturunu tamamladığını açıqlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 2022-ci ilin yanvarında başlayan layihənin bu il başa çatdırılması planlaşdırılır.
Çinin cənub-qərbində Quizhou əyalətində inşa edilən Huajiang Grand Canyon körpüsünün əsas strukturunun tamamlandığı açıqlanıb.
Qeyd edək ki, Beipan çayı üzərində yerləşən və hündürlüyü 625 metr olan dünyanın ən hündür körpüsü adını daşıyacaq quruluşun əsas açıqlığı 1420 metr, ümumi uzunluğu isə 2890 metrdir.
Oksana