Çində əhalinin yarıdan çoxu peyvənd olundu

Çində əhalinin yarıdan çoxu peyvənd olundu
DÜNYA
09:45 14.08.2021
929
Çində təqribən 777 milyon nəfər koronavirusa qarşı tamamilə peyvənd olunub.

AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda məlumatı "Global Times” yayıb. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 777 milyon nəfər koronavirusa qarşı peyvənd olunub ki, bu da Çin əhalisinin yarıdan çoxunu təşkil edir. 

Qeyd edək ki, avqustun əvvəli Çində koronavirusa 96 yeni yoluxma halı qeydə alınıb. Mütəxəssislər yoluxma hallarının artmasını "Delta” ştamının yayılması ilə əlaqədar olduğunu bildirir.
OXŞAR XƏBƏRLƏR