Çində gəminin aşması nəticəsində səkkiz nəfər ölüb

DÜNYA
19:11 02.12.2024
165
Çinin cənubunda yerləşən Quiçjou əyalətində çay gəmisinin aşması nəticəsində səkkiz nəfər həlak olub.

Bu barədə "Xinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə bu gün Pekin vaxtı ilə saat 09:30 radələrində Pinçjen çayında baş verib. Gəminin göyərtəsində 13 nəfər olub.

Həkimlər qəzadan sağ çıxan beş nəfərin vəziyyətini sabit qiymətləndirirlər. Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR