Çinin Tibet Muxtar Rayonunda baş verən güclü zəlzələ nəticəsində azı 16 nəfər həlak olub, daha 32 nəfər isə yaralanıb.
Bu barədə "Sinhua" xəbər agentliyi istinadən xəbər verir.
Yeraltı təkanlar nəticəsində 300-dən çox ev dağılıb. Xəsarət alanlardan 11-nin vəziyyəti ağırdır.
Hazırda zəlzələ zonasında xilasetmə işləri aparılır və fəsadların aradan qaldırılması üçün təcili tədbirlər görülür.
///oxu.az.///











































