Çinin şimalındakı Şansi vilayətində ikimərtəbəli hotel binasının çökməsi nəticəsində azı 2 nəfər ölüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.
Məlumata görə, daha 10 nəfər dağıntılar altında qalmaqdadır.
Bildirilib ki, insident yerli vaxtla saat 09:40-da vilayətin Linfen şəhərinin Syanfen qəzasında baş verib.
Qeyd olunub ki, indiyədək 23 nəfəri dağıntılar altından xilas etmək mümkün olub.
Hadisəyə nəyin səbəb olduğu hələlik açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.