Çində iPhone fabrikinin işçiləri karantindən qaçıblar.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çində iPhone telefonlarının istehsal olunduğu fabrikdə işçilərin divardan tullanaraq müəssisədən qaçdıqları görülüb.
İnternetdə yayılan görüntülərdə təxminən 10 işçinin fabriki əhatə edən divarları və hasarları aşaraq müəssisədən qaçdığı görünüb.
Qeyd edək ki, ötən həftə dünyanın ən böyük "iPhone” istehsal müəssisəsində 300 min insan karantinə alınmışdı.
Ayşən