Çində Covid-19 epidemiyası məhdudiyyətləri yumşaldılıb.
AZXEBER.COM xəbər verir ki, noyabrın 24-də Urumçidə baş verən və 10 nəfərin həyatını itirdiyi yanğın ölkə daxilində epidemiya siyasətini hədəf alan etirazları alovlandırıb. Yerli hökumətlər etirazlardan sonra epidemiya tədbirlərini yumşaltmağa başladılar. Paytaxt Pekin də daxil olmaqla bir çox şəhər ictimai nəqliyyatda test nəticələrinin göstərilməsi tələbini aradan qaldırılbı. İctimai yerlərə girişlə bağlı da yeni qaydalar qəbul edilib.
Yumşalma nəticəsində xəstələrin 7 gün ev karantinə alına biləcəyi, yaxın təmasda olanların da 5 gün ev karantinə alınmalı və vəziyyətlərinin pisləşdiyi təqdirdə təyin olunmuş xəstəxanalara köçürülə biləcəyi bildirilib.
Digər tərəfdən, mənzillər səviyyəsində yüksək və az riskli zonaların müəyyən edilməsi və yaşayış binalarının tamamilə bağlanması qadağandır.
Çində sürətli antigen testinin tətbiqinin geniş vüsət alacağı, PCR testinin yalnız yüksək riskli bölgələrdə və yüksək riskli peşə qruplarında tətbiq ediləcəyi qeyd edilib.
Xəstəxanalar, məktəblər və qocalar evləri istisna olmaqla, ictimai yerlərə daxil olarkən və ya səyahət edərkən mənfi test nəticəsi və ya sağlamlıq kodu təqdim etmə öhdəliyinin qaldırıldığı, peyvənd işləri, xüsusilə də yaşlı əhalinin peyvəndlənməsi sürətləndiriləcəyi bildirilib.
Günel