Çində sərt tədbirlərə baxmayaraq, yoluxmaların sayı son 2 ilin pik həddindədir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çində 13000 yeni COVİD-19-a yoluxma halı aşkar edilib. Epidemiya səbəbindən insan itkisi qeydə alınmayıb, lakin bu yoluxmanın sayı son iki ilin pik həddi olub.
Epidemiyaya qarşı sıfır yoluxma siyasətinə əməl edərək kəskin tədbirlər görən Çində yüksək yoluxucu "Omicron” variantı sərt məhdudiyyətlərə baxmayaraq epidemiyanın sürətlə yayılmasına səbəb olub.
Milli Səhiyyə Komissiyasının verdiyi açıqlamaya görə, Çində 13 min yeni yoluxma halı aşkar edilib, epidemiya səbəbiylə can itkisi olmayıb. Onlar bunu "Omicron” variantının yayılmağa davam etdiyinə işarə kimi şərh edir.
Onu da qeyd edək ki, 26 milyondan çox əhalisi olan şəhərdə yoluxmaların artması ilə əlaqədar olaraq, Huanqpu çayının qərb hissəsində həftənin əvvəlində elan edilmiş mərhələli karantin davam edir.
Ayşən