Çində koronavirus təhlükəsi böyüyür, şəhər tamamilə karantinə alınıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çinin Şanxay şəhərində karantin tədbirləri COVİD-19 yoluxmalarının yenidən artması səbəbindən bütün şəhərin 25 milyon əhalisini əhatə etmək üçün genişləndirilib.
Şəhərin şərq və qərb tərəfləri üçün ayrı-ayrı tədbirlərin tətbiq edildiyi Şanxayda indi bütün ərazilər məhdudiyyətlərə məruz qalıb. Gündəlik koronavirusa yoluxanların sayının 13 mini keçməsi insanlar arasında narahatlıq yaradıb.
Ölkənin maliyyə mərkəzi olan Şanxayın bəzi bölgələrində yaşayan sakinlər deyirlər ki, sərt qaydalara görə heç kimin evini tərk etməsinə icazə verilmir, hətta əsas ərzaq məhsullarının alınması üçün evdən çıxmağa icazə yoxdur.
Şəhər sakinləri təchizat və çatdırılma işçilərinin olmaması səbəbindən onlayn yemək və su sifariş etməkdə çətinlik çəkdiklərini bildirirlər.
Ayşən Mirzəyeva