Çində koronavirus yenidən tüğyan edir: vətəndaşlar qapanmalara etiraz edir

Çində koronavirus yenidən tüğyan edir: vətəndaşlar qapanmalara etiraz edir
DÜNYA
13:28 28.11.2022
193

Çində hökumət əleyhinə nümayişlər geniş vüsət alıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çində bir müddətdir həyata keçirilən "sıfır Covid-19” siyasəti vətəndaşları ayağa qaldırıb.

Dünən Şanxayda keçirilən nümayişdən sonra ölkənin müxtəlif yerlərində minlərlə nümayişçi küçələrə çıxıb.

Məlumata görə, Çin hökumətinə qarşı son 10 ildə ilk dəfə belə genişmiqyaslı nümayişlər keçirilir.

Eyni zamanda, Şanxayda nümayişçilərlə polisin üz-üzə gəldiyi zaman BBC müxbirinin saxlanıldığı açıqlanıb.

Digər tərəfdən Şanxayda keçirilən nümayişlər zamanı "Çin Kommunist Partiyasından istefa, Si Cinpin istefa” şüarları da səsləndirilib.

Ölkədə nümayişlər davam etdikcə, yoluxmaların sayı sürətlə artmağa başlayıb. Bir gün əvvəl 39,506 yoluxma elan edildiyi halda, bu gün yoluxanların sayı 40,052-yə yüksəlib.

Ayşən

OXŞAR XƏBƏRLƏR