BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Çində koronavirusa daxili yoluxma qeydə alınmayıb

Çində koronavirusa daxili yoluxma qeydə alınmayıb
DÜNYA
09:57 25.03.2020
1484
Son gün ərzində Çində koronavirus qurbanlarının sayı 9, xəstəliyə yoluxanların sayı isə daha 47 nəfər artıb. Virusa yoluxma daxildə qeydə alınmayıb.

"Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Qeyd edilir ki, ölkədə virusa yoluxmuş 491 nəfər sağalıb.

Hazırda Çində 474 idxal olunan koronavirus infeksiya hadisəsi aşkarlanıb.

Məlumata görə, ölkədə xəstəliyin yayılması anından COVID-19-a yoluxanların sayı hazırda 81 212 nəfərdir. Onlardan 73 650-si sağalıb, 3 281 nəfəri isə ölüb.

OXŞAR XƏBƏRLƏR