xari

Çində koronavirusun yeni episentri müəyyən edildi

DÜNYA
10:55 19.01.2021
279
Son bir gündə Çində 118 yeni COVID-19 koronavirusa yoluxma hadisəsi aşkar edilib.

"İnterfak”sın məlumatına görə, bu barədə ÇXR Dövlət Səhiyyə Komitəsindən xəbər verilib.

Ancaq koronavirusdan ölüm halları haqqında heç bir məlumat verilməyib. 

Ötən gün üçün ölkə daxilində koronavirusun episentri Tszilin vilayəti hesab edilib. Burada 43 yeni yoluxma halı qeydə alınıb.

Əvvəllər ən kəskin vəziyyət ölkənin şərqindəki Hebey əyalətində müşahidə olunurdu.

OXŞAR XƏBƏRLƏR