Çinin Jianyanq şəhərində körpünün tikintisi zamanı kranın uçması nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.
AZXEBER.COM xəbər verir ki, Tuo çayında iş zamanı meydana gələn qəzada yaralanan 5 nəfərə tibbi yardım göstərilib.
Məlumata görə, kran polad tiri qaldırarkən qəflətən qoparaq körpünün göyərtəsinə düşüb və çoxlu işçi və avtomobili əzib. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu və ətraf xəstəxanalara aparıldığı bildirilib.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Ayşən