Çinin şimal-qərbindəki Qansu əyalətinin Lançjou şəhərində mağazada baş verən partlayış nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Partlayış yerli vaxtla səhər saat 9:25 radələrində Anninq rayonunda baş verib. Partlayışın səbəbi hələ müəyyən edilməyib.
Araşdırmalar davam edir.
\"Report"