Çində "omikron" ştamına ilk yoluxma aşkarlandı

Çində "omikron" ştamına ilk yoluxma aşkarlandı
DÜNYA
04:31 14.12.2021
295
Çinin materik hissəsində COVID-19 virusunun "omikron" ştamına ilk yoluxma qeydə alınıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, xaricdən Tiencin şəhərinə gələn sərnişinlərdən birinin koronavirusun "omikron" ştamına yoluxması aşkarlanıb. Bildirilir ki, həmin şəxsdə xəstəlik əlamətləri olmasa da, analizlər nəticəsində onun "omikron"a yoluxduğu məlum olub. Hazırda o, təcrid olunaraq, tibbi nəzarətə götürülüb.

Qeyd edək ki, COVID-19 virusunun daha yoluxucu olduğu güman edilən "omikron" ştamına indiyədək 60-dan çox ölkədə yoluxma aşkarlanıb, Böyük Britaniyada bu ştamdan ölüm halı qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR