Çində “Omikron” tapıldı: 20 nəfərə görə 14 milyon şəxs testdən keçiriləcək

Çində “Omikron” tapıldı: 20 nəfərə görə 14 milyon şəxs testdən keçiriləcək
DÜNYA
22:13 09.01.2022
486
Çinin Tianjin şəhərində əksəriyyəti uşaqlar olan 20 nəfərin koronavirusa yoluxmasından sonra 14 milyon insan kütləvi koronavirus testindən keçirilməyə başlayıb.

Şəhərdə aşkar edilmiş yoluxma hallarının on beşi 8-13 yaş arasında olan uşaqlara aiddir. Bu halların ən azı ikisi "Omikron” variantı kimi qeydə alınıb.

Qeyd edək ki, bu Çində görünən ilk "Omikron”a yoluxma halıdır. Hazırda ölkədə fevralın 4-də başlayacaq Qış Olimpiya Oyunları öncəsi koronavirusa qarşı "sıfır tolerantlıq” strategiyası həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR