Çində partlayış olub, xəsarət alanlar var

Çində partlayış olub, xəsarət alanlar var
DÜNYA
12:06 13.02.2022
332
Çinin Şenyan şəhərində (Şimal-Şərqi Çinin Liaonin əyalətinin paytaxtı) sərnişin avtobusunda partlayış baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Huangqiu Shibao” qəzeti məlumat yayıb. Qeyd edilir ki, partlayış avtobus Huanqqu rayonunda olarkən qeydə alınıb. Hadisə nəticəsində bir neçə sərnişin xəsarət alıb.

Partlayış o qədər güclü olub ki, zərbə dalğası avtobusun şüşələrini sındırıb.

Hadisənin başvermə səbəbi araşdırılır.
OXŞAR XƏBƏRLƏR