Çində pipetlə içilən Covid-19 peyvəndi hazırlanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çində tənəffüs yolu ilə insan orqanizminə nüfuz edə bilən Covid-19 peyvəndinin geniş tətbiqinə başlanılıb.
Şəhər rəhbərliyi "Weibo” sosial şəbəkəsində yayımladığı videoda şəhər sakinlərinin tənəffüs yolu ilə peyvənd olunmağa başladığını açıqlayıb.
Peyvənd edilənlərin görüntülərinin də yer aldığı videoda peyvəndin plastik stəkana doldurulduğu və vətəndaşların pipetlə stəkanda olan peyvəndi udduğu görünür.
Peyvənd təcrübəsini paylaşanlardan biri "Bir stəkan süd içmək kimi hiss etdim. Nəfəs aldığım zaman şəkər dadı aldım”, - deyə bildirib.
Ayşən