Pekində insanlar bazarlara hücum edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, şəhərlərdə koronavirus yoluxmasının qarşısını almağa çalışan Çin hökuməti Şanxaydakı tədbirlərdən sonra paytaxt Pekinin bir hissəsində karantin tədbirlərinə başlayıb.
Səlahiyyətlilər xarici səfirlik binalarının da daxil olduğu 3,45 milyon əhalisi olan Çaoyang məhəlləsinin sakinlərini ərazini tərk etməməyə və əsas ehtiyaclar istisna olmaqla, evlərini tərk etməməyə çağırıb.
25 milyon əhalisi olan Şanxaydakı kimi sərt tədbirlərin tətbiq olunacağından narahat olan şəhər sakinləri ərzaq ehtiyatı toplamağa başlayıb.
Çində yoluxma hallarının sayı dünyanın qalan ölkələri ilə müqayisədə xeyli az olsa da, insanların sıx olduğu şəhərlərdə yoluxmaların sürətlə yayılmasından narahat olan hökumət birdən-birə koronavirusa qarşı sərt tədbirlər tətbiq edə bilər.
Ayşən