Çində qasırğa nəticəsində 7 nəfər ölüb, itkin düşən var

DÜNYA
05:17 31.10.2024
230
Çinin cənubundakı Haynan ada əyalətində "Trami" qasırğası nəticəsində 7 nəfər ölüb, daha bir nəfər itkin düşüb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Çinin Fövqəladə Halların İdarə Edilməsi Departamenti məlumat yayıb.

"Trami” bu il sayca 20-ci qasırğadır. Oktyabrın 28-dən Haynanın bir çox ərazilərinə güclü yağış yağıb.

Məlumata görə, 40 mindən çox insan təxliyə edilib.

OXŞAR XƏBƏRLƏR