Çində qırıcı təyyarə binanın üstünə düşüb - ölən və yaralananlar var

Çində qırıcı təyyarə binanın üstünə düşüb - ölən və yaralananlar var
DÜNYA
11:34 09.06.2022
358
Çinin Xubey əyalətində yaşayış evinin üstünə ölkə Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinin qırıcısının düşməsi nəticəsində azı bir nəfər ölüb, 2 nəfər yaralanıb.

Məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Bildirilib ki, evin üstünə "J-7” ("MiQ-21”in eynisi) reaktiv döyüş təyyarəsi düşüb. Telekanalın bu informasiyasını Çin Hərbi Hava Qüvvələri də təsdiqləyib.

Məlumata görə, hadisə təyyarə təlim uçuşu edərkən baş verib.
OXŞAR XƏBƏRLƏR