Çin Milli Rəsədxanası, ölkənin cənubuna yaxınlaşan "Matmo" tayfunu ilə əlaqədar qırmızı, ən yüksək təhlükə səviyyəsini elan edib.
Tayfun Çinin cənub əyalətləri Haynan və Quanduna saatda 25-30 km sürətlə yaxınlaşır. 5 oktyabrda yerli vaxtla təxminən günorta tayfun saniyədə 42-48 metr sürətlə əsən küləklə bu regionların sahillərinə çatacaq.
Haynanda təbii fəlakət ilə əlaqədar olaraq, Haykou və Vençan şəhərlərində dərslər, işgüzar fəaliyyət, istehsalat, ictimai nəqliyyat və hava nəqliyyatının dayandırılması barədə elan edilib. Adada həmçinin dəmiryolu əlaqəsi də dayandırılacaq.
Haykou Meylan beynəlxalq hava limanının bütün reysləri ləğv edilib.